İstirahət günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

İstirahət günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb Rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək
Ekologiya
10 Yanvar , 2015 12:32
İstirahət günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Bakı. 10 yanvar. REPORT.AZ/ İstirahət günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, sabaha Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 0-3 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti arasında dəyişəcək.

Sabaha Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər saatlarında bəzi yerlərdə duman, cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi