Bakı. 9 dekabr. REPORT. AZ / İmişlidə qanunsuz ov edən şəxslər tutulub. "Report" xəbər verir ki, hadisə İmişli rayonunun Sarısu gölünün ərazisində qeydə alınıb.
Belə ki, rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovla bağlı keçirdikləri əməliyyat tədbirləri nəticəsində İmişli sakinləri Zəkəriyyə Nadir oğlu Mirzəyev, Murtuz Maşdı oğlu Əliyev şübhəli şəxs qismində saxlanılıb. Baxış zamanı hər iki şəxsdən ov tüfəngi, patronlar, 6 ədəd ovlanmış quş, onların içərisində ovu qadağan edilən Sultan toyuğu quşu da aşkar edilərək götürülüb.
Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.