Nazir Hüseyn Bağırov vətəndaşları qəbul edəcək

Nazir Hüseyn Bağırov vətəndaşları qəbul edəcək Qəbul avqustun 6-da Qazax Olimpiya Kompleksində keçiriləcək
Ekologiya
3 Avqust , 2015 13:03
Nazir Hüseyn Bağırov vətəndaşları qəbul edəcək

Bakı. 3 avqust. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov avqustun 6-da Qazaxda vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən bildirilib. 

Qazax Olimpiya Kompleksində keçiriləcək qəbulda Qazax, Tovuz, Ağstafa və Şəmkir rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilərlər. 

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı "Qaynar xətt"i, həmçinin Qazax şəhəri 2 saylı ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə əlaqə saxlamaları xahiş olunur.

Son xəbərlər

Orphus sistemi