Hüseyn Bağırov 50 vətəndaşı qəbul edib

Hüseyn Bağırov 50 vətəndaşı qəbul edib Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb
Ekologiya
30 Yanvar , 2015 16:48
Hüseyn Bağırov 50 vətəndaşı qəbul edib

Bakı. 30 yanvar. REPORT.AZ/ Bu gün ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Sabirabad şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Sabirabad, Saatlı, Hacıqabul rayonlarında və Şirvan şəhərində yaşayan vətəndaşlarla görüşüb.

"Report" xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda bildirilir.

Nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin iştirak etdiyi qəbulda ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, geologiya, hidrometeorologiya, ətraf mühitin monitorinqi və digər məsələlərlə bağlı 50-yə yaxın vətəndaşın müraciətinə baxılıb.

Qəbul zamanı nazir vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Eyni zamanda, vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, onları narahat edən şikayət xarakterli müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Son xəbərlər

Orphus sistemi