Humanitar fənlər təmayüllü məktəb-liseyin şagirdləri Ekoloji Parkda olublar

Humanitar fənlər təmayüllü məktəb-liseyin şagirdləri Ekoloji Parkda olublar “SOCAR-ın Ekoloji layihələri” mövzusunda təqdimat nümayiş etdirilib
Ekologiya
26 Aprel , 2016 18:28
Humanitar fənlər təmayüllü məktəb-liseyin şagirdləri Ekoloji Parkda olublar

Bakı. 26 aprel. REPORT.AZ/ SOCAR-ın Ekologiya İdarəsinin ekoloji problemlərin həlli və ətraf mühitin mühafizəsi məqsədilə təşkil etdiyi maarifləndirici tədbirlər ali təhsil müəssisələri, orta məktəb şagirdləri tərəfindən böyük maraqla qarşılanır. Gənc nəslin ekoloji maarifləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər ictimaiyyətin ekoloji problemlərə diqqətinin cəlb olunmasına mühüm töhfə verir. 

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 26-da Humanitar fənlər təmayüllü məktəb-liseyin şagirdləri üçün Qala qəsəbəsində yerləşən Ekoloji Parka ekskursiya təşkil edilmişdir. İştirakçılar “Eko-mərkəz”də təhlükəsizlik təlimatı ilə tanış olduqdan sonra “SOCAR-ın Ekoloji layihələri” mövzusunda təqdimat nümayiş etdirilib. Təqdimatda şirkət tərəfindən həyata keçirilən ekoloji layihələr, Ekologiya İdarəsinin fəaliyyət istiqamətləri və istehsalat sahələri haqqında ətraflı məlumat verilib. Açıq havada gəzinti zamanı qonaqlar Eko-parkın tarixçəsi, yaradılma məqsədi, parkın istehsalat sahələri, infrastrukturu, quraşdırılan külək generatorları, günəş panelləri və parkda tətbiq olunan digər texnologiyalarla tanış olublar. Məktəblilərə parkın qapalı şitilxana kompleksində yetişdirilən müxtəlif növ bitkilərin bio-ekoloji xüsusiyyətləri və becərilmə üsulları haqqında geniş məlumat verilib. Tədbirin sonunda iştirakçılar xatirə şəkilləri çəkdiriblər.

Son xəbərlər

Orphus sistemi