Hidrometeoroloqlar meteohəssas insanlara xəbərdarlıq edib

Hidrometeoroloqlar meteohəssas insanlara xəbərdarlıq edib Sonrakı iki gün ərzində davamlı xəzri küləyinin əsməsi müsbət amildir
Ekologiya
14 İyul , 2015 13:09
Hidrometeoroloqlar meteohəssas insanlara xəbərdarlıq edib

Bakı. 14 iyul. REPORT.AZ/ Sabah Azərbaycanda müşahidə olunacaq havada rütubətliliyin bir qədər çox olması meteohəssas insanlarda isti diskomfort hissi yaradacaq. Bunu "Reporta" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib. 

O bildirib ki, iyulun 15-də Abşeron yarımadasında gündüz saatlarında cənub-şərq küləyi üstünlük təşkil edəcək. Havada rütubətliliyin bir qədər çox olması meteohəssas insanlarda isti diskomfort hissi yaratsa da, sonrakı iki gün ərzində davamlı xəzri küləyinin əsməsi müsbət amildir. 

Son xəbərlər

Orphus sistemi