Bakı. 12 aprel. REPORT.AZ/ Aprelin 13-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.
Aprelin 13-də Azərbaycan rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir, dağlıq və dağətəyi ərazilərdə sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Havanın temperaturunun gecə 0-6 dərəcə isti, gündüz 4-12 dərəcə isti olacağı gözlənilir. Dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-6 dərəcə isti olacağı gözlənilir.
Baş hidroloq onu da qeyd edib ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti aprelin 14-nə qədər davam edəcək.