Həftənin cümə günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Həftənin cümə günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb Havanın temperaturu yüksəlir
Ekologiya
17 Mart , 2016 12:37
Həftənin cümə günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Havanın temperaturu yüksəlir

Bakı. 17 mart. REPORT.AZ/ Həftənin cümə günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 18-də hava şəraitinin əsasən yağmursuz, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir.

Gündüz mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 1-4, gündüz 10-15, Bakıda gecə 2-4, gündüz 13-15 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi