Azərbaycanda foto-video tələ vasitəsilə çətənə kolu becərən şəxs tutulub

Azərbaycanda foto-video tələ vasitəsilə çətənə kolu becərən şəxs tutulub 753 ədəd kol aşkarlanıb və hüquq-mühafizə orqanlarına təhvil verilib
Ekologiya
30 İyul , 2015 09:57
Azərbaycanda foto-video tələ vasitəsilə çətənə kolu becərən şəxs tutulub

Bakı. 30 iyul. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Dövlət Təbiət Qoruğunun "Narkotiklərlə mübarizəyə dair İllik Tədbirlər Planı"na müvafiq olaraq hüquq-mühafizə orqanlarının yerli nümayəndələrini və onların xüsusi texnikasını cəlb etməklə qoruğun ərazisində reyd keçirilib. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Reyd zamanı xüsusi texnikanın-helikopter və çəkiliş aparan paraplanların köməkliyi ilə qoruğun Gərəkli sahəsinin mürəkkəb relyefli, uçqun meyilli ərazisində narkotik xassəli çətənə bitkisi olduğu güman edilən 753 ədəd kol aşkar edilib və hüquq-mühafizə orqanlarına təhvil verilib.

Hazırda qoruğun ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində narkotik xassəli bitkilərin qanunsuz əkildiyi və yabanı halda bitdiyi yerlərin müəyyən edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

Xatırladaq ki, iyulun 3-də Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları qoruğun mürəkkəb relyefli Axkimal sahəsinin ərazisində də reyd keçirərkən ölçüsü 7x8 metr olan sahədə narkotik xassəli çətənə bitkisi olduğu güman edilən kol aşkar edib. Belə ki, həmin sahəyə foto-video tələ yerləşdirilərək, əldə edilən video görüntülər nəticəsində ərazidə bir nəfər şübhəli şəxs saxlanılıb, qanun pozucusunun şəxsiyyətinin müəyyən olunması və barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Zaqatala Dövlət Təbiət Qoruğu Balakən rayon polis şöbəsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi