Leysan yağıb, şimşək çaxıb, Gorançaydan sel keçib - FAKTİKİ HAVA

Leysan yağıb, şimşək çaxıb, Gorançaydan sel keçib - FAKTİKİ HAVA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin avqustun 29-u saat 16:00-a olan məlumatına əsasən Maştağa, Binə, İsmayıllı, Daşkəsən, Gədəbəy, Gəncə, Göygöl, Oğuz, Xaltan, Şəki, Şamaxı, Qrız, Şahdağda şimşək çaxıb, leysan xar
Ekologiya
29 Avqust , 2023 16:55
Leysan yağıb, şimşək çaxıb, Gorançaydan sel keçib - FAKTİKİ HAVA

Avqustun 29-u saat 16:00-a olan məlumata əsasən, Maştağa, Binə, İsmayıllı, Daşkəsən, Gədəbəy, Gəncə, Göygöl, Oğuz, Xaltan, Şəki, Şamaxı, Qrız, Şahdağda şimşək çaxıb, leysan xarakterli yağış yağıb.

"Report" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Avqustun 29-da 14:20-dən 14:50-dək yağan leysan yağışla əlaqədar yağış suları yamaclarla axaraq Goranboy rayonunun Aşağı Ağcakənd və Böylü qəsəbələrinə daxil olub və nəticədə Gorançayın aşağı axınında sel əmələ gəlib.

Son xəbərlər

Orphus sistemi