Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 15-i saat 10:00-a olan məlumatına əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Ekologiya
15 İyun , 2023 10:36
Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Qubada 17 mm, Qusarda 9 mm, Qrızda 8 mm, Lerikdə 7 mm, Şabran, Yardımlı, Daşkəsən, Lənkəran, Altıağac, Culfa, Sabirabad, Astara, Gədəbəy, Naxçıvan, Ordubad, Göygöl, Naftalan, Gəncə, Ağdam, Şəki, Zaqatala, Balakən, Qax, Oğuz, Şahdağ, Tərtər, İmişli, Biləsuvar, Kürdəmir, Neftçala, Xaçmazda 5 mm-dək, Abşeron yarımadasında 1 mm-dək olub.

Havanın maksimal temperaturu iyunun 13-də iqlim normasından 4.5 dərəcə yuxarı olub, Bakıda və Abşeron yarımadasında 34 dərəcəyədək isti, Naxçıvan MR-da 33 dərəcəyədək isti, dağlıq rayonlarda 23 dərəcəyədək isti, aran rayonlarında 37 dərəcəyədək isti olub.

Son xəbərlər

Orphus sistemi