ETSN: Ölkə ərazisində martın 16-sı səhərədək sulu qar, qar yağıb

ETSN: Ölkə ərazisində martın 16-sı səhərədək sulu qar, qar yağıb Qar örtüyünün hündürlüyü Altıağacda 16, Naxçıvan MR-nın dağlıq ərazilərində 9-22 sm olub
Ekologiya
16 Mart , 2016 11:27
ETSN: Ölkə ərazisində martın 16-sı səhərədək sulu qar, qar yağıb

Bakı. 16 mart. REPORT.AZ/ Martın 15-i gündüzdən 16-sı səhərədək ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a bildirilib ki, əvvəlcədən xəbər verildiyi kimi martın 16-sı səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağış, bəzi yerlərdə sulu qar yağıb, intensiv olub, dağlıq və dağətəyi ərazilərdə isə qar yağıb.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-5, Lənkəran-Astara zonasında 2-19, Lənkəranda və Astarada 25,Böyük Qafqazda 1-16, Mərəzədə 28, Altıağacda 21, Mərkəzi Aran rayonlarında 1-13, Qazax-Gəncə zonasında 1-12, Kiçik Qafqazda 2-8, Naxçıvan MR-da 1-14 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Altıağacda 16, Daşkəsəndə 13, Ağdərədə 9, Yardımlı, Şamaxıda 7, Sarıbaşda 6, Lerikdə 4, Kəlvəz, Rvarud, Qəbələ, Xınalıqda 3, Mərəzədə 2, Şahbuz, Göygöldə 1, Qubanın dağlıq ərazilərində 1-19, Naxçıvan MR-nın dağlıq ərazilərində 9-22 sm olub.

Son xəbərlər

Orphus sistemi