ETSN ekoloji qanun pozuntularını yoxlamaq məqsədilə araşdırma aparıb

ETSN ekoloji qanun pozuntularını yoxlamaq məqsədilə araşdırma aparıb Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 37 müddətli “məcburi göstəriş” verilib
Ekologiya
21 Aprel , 2016 19:11
ETSN ekoloji qanun pozuntularını yoxlamaq məqsədilə araşdırma aparıb

Bakı. 21 aprel. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində ekoloji qanun pozuntularına qarşı tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına və məhkəmələrə 19, icra qurumlarına isə 16 iş göndərilib.

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları aprelin 1-15-də ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıb.

Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 146 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 37 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 37 iş üzrə 43 450 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 25 iş üzrə 339 403.8 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 252 iş üzrə 56 097.51 manat məbləğində ödəmə tətbiq edilib. 

Son xəbərlər

Orphus sistemi