Ətraf mühitə ziyan vuranlara 40 850 manat məbləğində cərimə tətbiq edilib

Ətraf mühitə ziyan vuranlara 40 850 manat məbləğində cərimə tətbiq edilib ​Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılıb
Ekologiya
4 İyun , 2015 15:28
Ətraf mühitə ziyan vuranlara 40 850 manat məbləğində cərimə tətbiq edilib

Bakı. 4 iyun. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıb. Bu barədə "Report"a nazirlikdən bildirilib.

Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 186 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 98 müddətli "məcburi göstəriş" verilib.

Ümumilikdə, 28 iş üzrə 40 850 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 14 iş üzrə 576,66 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 276 iş üzrə 42 828,79 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 11, icra qurumlarına 12, məhkəmələrə isə 3 iş göndərilib. 

Son xəbərlər

Orphus sistemi