Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətti"nə 739 şikayət daxil olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətti"nə 739 şikayət daxil olub Şikayətlərdən 675-i nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq qanunamüvafiq tədbirlər görülüb
Ekologiya
14 Aprel , 2015 13:40
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qaynar xəttinə 739 şikayət daxil olub

Bakı. 14 aprel. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətti"nə cari ilin yanvar-mart ayları ərzində ölkə ərazisində ətraf mühitin mühafizəsi ilə əlaqədar ekoloji tarazlığın qorunması, ekoloji qanun pozuntuları və digər ekoloji hallar barədə 739 şikayət daxil olub. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, şikayətlərdən 675-i nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq qanunamüvafiq tədbirlər görülüb, digər müraciətlərin araşdırılması isə hazırda davam etdirilir. Daxil olan şikayətlər əsasən ağacların kəsilməsi və aşma təhlükəsinin olması, məişət tullantılarının qalaqlanması, atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması, yerin təkindən istifadə, flora və faunanın mühafizəsi, səs-küy səviyyəsinin normadan artıq olması və s. ilə əlaqədar olub.

Belə ki, cari ilin 3 ayı ərzində daxil olan şikayətlər əsasında Dövlət Ekspertiza İdarəsinə göndərilmiş 305 şikayət, Ətraf Mühitin Mühafizəsi Departamentinə göndərilmiş 282 şikayət, Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə göndərilmiş 20 şikayət, İstehsalat Siyasəti şöbəsinə göndərilmiş 4 şikayət, Ovçuluq Təsərrüfatlarının İdarə Edilməsi və Ovçuluq Fəaliyyətinə Dövlət Nəzarət Xidmətinə göndərilmiş 1 şikayət araşdırılaraq qanunamüvafiq tədbirlər görülüb.

Meşələrin İnkişafı Departamentinə göndərilmiş 63 şikayətdən 38-i, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinə göndərilmiş 12 şikayətdən 9-u, Milli Geoloji Kəşfiyyat Xidmətinə göndərilmiş 44 şikayətdən 10-u, Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə göndərilmiş 8 şikayətdən 6-sı üzrə araşdırma başa çatıb, qalan şikayətlərin araşdırılması davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi