Ekologiya və təbii sərvətlər naziri Samuxda vətəndaşları qəbul edəcək

Ekologiya və təbii sərvətlər naziri Samuxda vətəndaşları qəbul edəcək Qəbulda Gəncə, Gədəbəy, Samux, Göygöl və Daşkəsən rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilərlər
Ekologiya
20 Oktyabr , 2015 11:22
Ekologiya və təbii sərvətlər naziri Samuxda vətəndaşları qəbul edəcək

Bakı. 20 oktyabr. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Samux şəhərində vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, qəbul oktyabrın 30-da saat 10:00-da Samux şəhərində yerləşən Yeni Azərbaycan Partiyasının inzibati binasında keçiriləcək. Görüşdə Gəncə, Gədəbəy, Samux, Göygöl və Daşkəsən rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilərlər.

Qeyd edək ki, qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı "Qaynar xətt"i, həmçinin Gəncə şəhəri 10 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi ilə əlaqə saxlamaları (ünvan: Gəncə şəhəri, H.Z.Tağıyev küçəsi 58, əlaqə telefonları: 050-366-05-04, 050-391-97-50, 022-25-3-04-48) xahiş olunur.

Son xəbərlər

Orphus sistemi