​Ekologiya və təbii sərvətlər naziri Neftçalada vətəndaşlarla görüşəcək

​Ekologiya və təbii sərvətlər naziri Neftçalada vətəndaşlarla görüşəcək Qəbulda Neftçala, Salyan, Biləsuvar və Cəlilabad rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilərlər
Ekologiya
16 Fevral , 2016 10:47
​Ekologiya və təbii sərvətlər naziri Neftçalada vətəndaşlarla görüşəcək

Bakı. 16 fevral. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Neftçala şəhərində vətəndaşlarla görüşəcək.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş fevralın 25-də saat 10:00-da Neftçala şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Neftçala şəhəri H.Əliyev prospekti 34) olacaq.

Qəbulda Neftçala, Salyan, Biləsuvar və Cəlilabad rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 "Qaynar xətt"i ilə əlaqə saxlamaları, həmçinin Şirvan Milli Parkına müraciət etmələri (ünvan: Salyan rayonu Yenikənd kəndi, əlaqə telefonları: 050-332-42-01, 055-455-36-03) xahiş olunur.

Son xəbərlər

Orphus sistemi