Ekologiya və təbii sərvətlər naziri Füzulidə vətəndaşları qəbul edəcək

Ekologiya və təbii sərvətlər naziri Füzulidə vətəndaşları qəbul edəcək Qəbulda Füzuli, Beyləqan, İmişli, Ağcabədi və Ağdam rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilərlər
Ekologiya
20 Aprel , 2016 09:56
Ekologiya və təbii sərvətlər naziri Füzulidə vətəndaşları qəbul edəcək

Bakı. 20 aprel. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Füzuli rayonunda vətəndaşları qəbul edəcək.

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, görüş aprelin 29-da saat 10:00-da Horadiz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Horadiz şəhəri H.Əliyev prospekti) olacaq.

Qəbulda Füzuli, Beyləqan, İmişli, Ağcabədi və Ağdam rayonlarında yaşayan vətəndaşları iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətt”i ilə əlaqə saxlaya, həmçinin 15 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsinə müraciət edə (əlaqə telefonları: 026-315-52-57, 050-226-36-16, 050-663-32-42) bilərlər. 

Son xəbərlər

Orphus sistemi