Dendrologiya Bağı 15 elmi müəssisə ilə əməkdaşlığa dair memorandum imzalayıb

Dendrologiya Bağı 15 elmi müəssisə ilə əməkdaşlığa dair memorandum imzalayıb Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Dendrologiya Bağı, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutu, Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədq
Ekologiya
15 Dekabr , 2023 12:00
Dendrologiya Bağı 15 elmi müəssisə ilə əməkdaşlığa dair memorandum imzalayıb

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Dendrologiya Bağı, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutu, Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu, Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutu, Elmi Tədqiqat Aerokosmik İnformatika İnstitutu, Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu, Kosmik Cihazqayırma Məxsusi Konstruktor Bürosu, Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutu, Mikrobiologiya İnstitutu, Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Radiasiya Problemləri İnstitutu, Meliorasiya Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Texniki Universitetinin Yeni materiallar və nanotexnologiyalar İnstitutu arasında elmi tədqiqatlar üzrə əməkdaşlığa dair memorandum imzalanıb.

"Report"un xəbərinə görə, memorandumun məqsədi tərəflərin geniş elmi-istehsalat bazasının, təcrübəli ixtisaslı kadrlarının mövcudluğunu nəzərə alaraq, müvafiq sahələrdə bacarıqların inkişaf etdirilməsi istiqamətində birgə layihələr gerçəkləşdirmək üçün elmi-tədqiqat işlərinin, layihələrin, elmi-praktiki konfrans, təlim və simpoziumların həyata keçirilməsidir.

Razılığa əsasən müəssisələr əməkdaşlarının, doktorant və dissertantlarının bilik və bacarıqlarının daim artırılması, gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində fəaliyyət göstərəcək, tədqiqatların qabaqcıl metodlarının inkişafı, tətbiqi üzrə təcrübə mübadiləsini həyata keçirəcək. Müəyyənləşdirilmiş qaydalara uyğun olaraq doktorant və dissertantlara müqavilə imzalayan müəssisələrin bazalarında istehsalat təlimi keçmələrinə şərait yaradılacaq.

Eyni zamanda elmi-texniki potensialın gücləndirilməsi məqsədi ilə digər elm-təhsil müəssisələri ilə əməkdaşlıq etmək, müvafiq sahələrdə yeni işgüzar əlaqələrin yaradılması üçün imkanları araşdırmaq, qarşılıqlı maraq kəsb edən mövzularda konfranslar, seminarlar keçirmək mövzusunda da razılığa gəlinib.

Son xəbərlər

Orphus sistemi