Xəbərdarlıq: Dekabrın 9-da Bakıda və Abşeron yarımadasında güclü külək əsəcək, rayonlara intensiv qar yağacaq

Xəbərdarlıq: Dekabrın 9-da Bakıda və Abşeron yarımadasında güclü külək əsəcək, rayonlara intensiv qar yağacaq Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan ərazisində hava şəraitinin dəyişəcəyi barədə əhaliyə xəbərdarlıq edib
Ekologiya
7 Dekabr , 2015 13:32
Xəbərdarlıq: Dekabrın 9-da Bakıda və Abşeron yarımadasında güclü külək əsəcək, rayonlara intensiv qar yağacaq

Bakı. 7 dekabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan ərazisində hava şəraitinin dəyişəcəyi barədə əhaliyə xəbərdarlıq edib. 

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən xəbərə görə, dekabrın 9-da Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi və yağış yağacağı gözlənilir. 

Həmçinin dekabrın 9-dan 10-u gündüzədək Azərbaycanın əsasən şimal və şərq rayonlarında hava şəratinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Son xəbərlər

Orphus sistemi