Bakı. 14 İyul. REPORT.AZ/ "Mən ekoloji vəziyyətlə bağlı dəfələrlə məsələ qaldırıram və şadam ki, Bakıda ekoloji vəziyyət yaxşılaşır. Son mühüm nailiyyət Böyükşor gölü ilə bağlıdır".
"Report"un məlumatına görə, bu sözləri prezident
"Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində yuxarıdan çəkiliş aparılarkən biz Böyükşor gölünün mənzərəsini də görürdük. Görürdük ki, bu, indi şəffaf, gözəl bir göldür. Vaxtilə bu, ekoloji fəlakət gölü idi. İkinci Dünya müharibəsi zamanı ondan açıq neft rezervuarı kimi istifadə edirdilər. Ondan sonra kanalizasiya, lay suları, bütün zir-zibil bu gölə tökülürdü və onun yanında dayanmaq mümkün deyildi. Artıq Böyükşor gölünün bir hissəsi təmizlənib, gözəl bulvar salınıb, göz oxşayır. Bu, göstərir ki, hər şeyi etmək mümkündür. Gərək, sadəcə, niyyət və istək olsun", - deyə prezident diqqətə çatdırıb.
O bildirib ki, Böyükşor gölünün ikinci hissəsinin təmizlənməsi davam etməlidir:
"Bu il və gələn il bu məqsədlər üçün vəsait ayrılmalıdır. Beləliklə, şəhərdə gözəl göl yaranacaq. Bilirsiniz ki, biz təmizləmə işləri aparmaq üçün bu gölü bəndlə ikiyə böldük. Eyni zamanda, bu bənd gələcəkdə yola çevriləcək və əlavə bir yol arteriyası kimi fəaliyyət göstərəcək".
Dövlət başçısı, həmçinin əlavə edib ki, Zığ gölünün təmizlənməsi prosesi də bu il başlamalıdır: "Bu məqsədlər üçün də büdcədən vəsait tapın və biz bunu da yubatmayaq".
Eyni zamanda, İlham Əliyev xatırladıb ki, bu il Bakıda Ağ Şəhər bulvarı istifadəyə verilib və o da ekoloji fəlakət zonasında yaradılan bulvardır.
"Bayıl bulvarı neft buruqlarına qədər gəlib çatıb. Yəni, o tərəfə daha gedə bilmirik, çünki artıq orada neft hasil edilir, bu tərəfə də gedə bilmirik ki, orada neftayırma zavodu yerləşir. Ona görə, yəqin ki, bir neçə il gözləməli olacağıq.