​Bu il Naxçıvanda 120 hektar sahədə yeni yaşıllıq zolağı və meyvə bağı salınacaq

​Bu il Naxçıvanda 120 hektar sahədə yeni yaşıllıq zolağı və meyvə bağı salınacaq Muxtar respublikada 2016-cı ilin yaz iməciliklərinə start verilib
Ekologiya
5 Mart , 2016 10:12
​Bu il Naxçıvanda 120 hektar sahədə yeni yaşıllıq zolağı və meyvə bağı salınacaq

Bakı. 4 mart. REPORT.AZ/ Cari ildə Naxçıvan Muxtar Respublikasında 120 hektar sahədə yeni yaşıllıq zolağı və meyvə bağı salınacaq.

"Report" xəbər verir ki, bu barədə muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat verib.

Qeyd olunub ki, 2015-ci ildə 216,8 hektar sahədə yaşıllıq zolağı və meyvə bağı salınıb, 446 min 320 ədəd ting əkilib, 324,2 hektar sahədə bərpa işləri aparılıb.

Qeyd edək ki, bu gün muxtar respublikada 2016-cı ilin yaz iməciliklərinə start verilib. 

Son xəbərlər

Orphus sistemi