Bu gündən iyunun 10-dək Azərbaycanda hava şəraiti qeyri-sabit olacaq, leysan yağacaq - XƏBƏRDARLIQ

Bu gündən iyunun 10-dək Azərbaycanda hava şəraiti qeyri-sabit olacaq, leysan yağacaq - XƏBƏRDARLIQ Havanın temperaturu tədricən 3-5 dərəcə aşağı enəcək
Ekologiya
7 İyun , 2016 12:47
Bu gündən iyunun 10-dək Azərbaycanda hava şəraiti qeyri-sabit olacaq, leysan yağacaq - XƏBƏRDARLIQ

Bakı. 7 iyun. REPORT.AZ/ İyunun 7-si axşamdan iyunun 10-dək Azərbaycan ərazisində hava şəraitinin qeyri-sabit olacağı, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu tədricən 3-5 dərəcə aşağı enəcək.

Son xəbərlər

Orphus sistemi