Bu il Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 2482 şikayət daxil olub

Bu il Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 2482 şikayət daxil olub Şikayətlər ölkə ərazisində ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması və ekoloji qanun pozuntuları ilə əlaqədardır
Ekologiya
21 Sentyabr , 2015 11:05
Bu il Ekologiya və Təbii Sərvətlər Nazirliyinə  2482 şikayət daxil olub

Bakı. 21 sentyabr. REPORT.AZ/ Bu ilin 8 ayı ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt"inə 2482 şikayət daxil olub. Bu barədə "Report"a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, şikayətlər ölkə ərazisində ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması və ekoloji qanun pozuntuları ilə əlaqədar olub.

Qeyd edək ki, Nazirliyin 168 saylı "Qaynar xətt"i 24 saat fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi