Bazar günü Bakıda güclü şimal-qərb küləyi əsəcək

Bazar günü Bakıda güclü şimal-qərb küləyi əsəcək Azərbaycanın rayonlarında iyulun 12-də əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir
Ekologiya
11 İyul , 2015 12:52
Bazar günü Bakıda güclü şimal-qərb küləyi əsəcək

Bakı. 11 iyul. REPORT.AZ/ İyulun 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, sabah paytaxtda güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24, gündüz 2.7-32 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 12-də əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacaq. 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi