Bakıda VI beynəlxalq “Xəzər: ətraf mühit üçün texnologiyalar” sərgisi başlayıb

Bakıda VI beynəlxalq “Xəzər: ətraf mühit üçün texnologiyalar” sərgisi başlayıb Sərgi noyabrın 20-dək davam edəcək
Ekologiya
18 Noyabr , 2015 11:07
Bakıda VI beynəlxalq “Xəzər: ətraf mühit üçün texnologiyalar” sərgisi başlayıb

Bakı. 18 noyabr. REPORT.AZ/ Bu gün “Bakı Ekspo Mərkəzi”ndə ətraf mühitin mühafizəsi üzrə VI beynəlxalq “Xəzər: ətraf mühit üçün texnologiyalar” (“CTE 2015”) sərgisi başlayıb.

“Report“ xəbər verir ki, sərgi Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də IDEA “Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq” İctimai Birliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir.

Sərgidə Azərbaycan, Almaniya, Çexiya, İsveçrə, Rusiya, Serbiya, Türkiyə də daxil olmaqla ümumilikdə 10 ölkədən 35 şirkət iştirak edir.

Sərginin yerli iştirakçılarının böyük əksəriyyətini Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Fövqəladə Hallar Nazirliyi, eləcə də bu il sərgidə ilk dəfə iştirak edən Azərbaycan Təhsil Nazirliyi kimi dövlət strukturları təşkil edir.

“СТЕ-2015” sərgisində təbii resursların səmərəli istifadəsi sahəsində ən son məhsullar, bərk tullantıların toplanması və utilizasiyası sistemləri, alternativ energetika üzrə müasir avadanlıq nümunələri və digər məhsullar nümayiş olunacaq.

Qeyd edək ki, sərgi noyabrın 20-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi