Bakıda müşahidə olunan küləkli hava sabah da davam edəcək

Bakıda müşahidə olunan küləkli hava sabah da davam edəcək Rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir, havanın temperaturu kəksin formada aşağı düşəcək
Ekologiya
16 İyul , 2015 12:44
Bakıda müşahidə olunan küləkli hava sabah da davam edəcək

Bakı. 16 iyul. REPORT.AZ/ Sabah Bakıda havanın temperaturu 29 dərəcə isti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev "Report"a bildirib ki, iyulun 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 20-24, gündüz 25-29 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 28-33, dağlarda gecə 13-18, gündüz 22-26 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə isti təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi