Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir
Ekologiya
9 Oktyabr , 2014 14:53
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

Bakı. 9 oktyabr. REPORT.AZ/ Sabah  oktyabrın 10-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. “Report” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, gündüz mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 10-13, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət isə 80-90 faiz təşkil edəcək.

Oktyabrın 10-da Azərbaycanın rayonlarında isə arabir yağış yağacağı ehtimal olunur. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 9-14, gündüz 14-19, dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 3 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi