Azərbaycanla Monteneqro arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq sazişi təsdiqlənib

Azərbaycanla Monteneqro arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq sazişi təsdiqlənib Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb
Ekologiya
24 Dekabr , 2015 18:58
Azərbaycanla Monteneqro arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq sazişi təsdiqlənib

Bakı. 24 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

"Report" xəbər verir ki, fərmanla Azərbaycanla Monteneqro arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2015-ci il oktyabrın 27-də Bakı şəhərində imzalanmış saziş təsdiq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən sazişin müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Monteneqro hökumətinə bildiriş göndərməlidir.

Son xəbərlər

Orphus sistemi