Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb

Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub
Ekologiya
27 İyul , 2015 13:40
Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb

Bakı. 27 iyul. REPORT.AZ/ Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-100, Kiçik Qafqazın çaylarında 30-80, Lənkəran-Astara bölgəsi çaylarında isə 90-95 faizini təşkil edir.

Tranzit çaylarda hazırkı vəziyyətə gəlincə, iyulun 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 50 m3/s olmaqla ongünlük normanın 33 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 81 m3/s olmaqla ongünlük normanın 53 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 33 m3/s olmaqla, ongünlük normanın 38 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 25 m3/s təşkil edərək ongünlük normanın 28 faizinə bərabər olub.

İyulun 27-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 7, Şirvanda 2, Salyanda və Araz çayının Novruzlu məntəqəsində 4 sm azalma, Bankədə isə 2 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 347 sm (2014-cü il iyulun 27-də 292 sm), Şirvanda 201 sm (2014-cü il iyulun 27-də 131 sm), Salyanda 129 sm (2014-cü il iyulun 27-də 60 sm), Bankədə 175 sm (2014-cü il iyulun 27-də 202 sm), Araz çayının Novruzlu məntəqəsində isə 60 sm (2014-cü il iyulun 27-də 15 sm) təşkil edir.

Son xəbərlər

Orphus sistemi