Sabah Azərbaycanın bəzi rayonlarında sulu qar, qar yağacaq

Sabah Azərbaycanın bəzi rayonlarında sulu qar, qar yağacaq Bakıda hava yağmursuz olacaq
Ekologiya
8 Fevral , 2016 12:21
Sabah Azərbaycanın bəzi rayonlarında sulu qar, qar yağacaq

Bakı. 8 fevral. REPORT.AZ/ Bakıda və Abşeron yarımadasında fevralın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, sabah paytaxtda mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 0 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti, Bakıda gecə 0 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-7 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında fevralın 9-da bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə sulu qar, qar yağacağı ehtimalı var. Gündüz hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0 dərəcə şaxtadan 5 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 13-18 şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq. 

Son xəbərlər

Orphus sistemi