Azərbaycanın baş hidroloqu dumanlı hava şəraitinə aydınlıq gətirib

Azərbaycanın baş hidroloqu dumanlı hava şəraitinə aydınlıq gətirib "Dumanlı hava qısamüddətli olduğundan meteohəssas insanlar üçün ciddi narahatlıq yarada bilməz"
Ekologiya
16 May , 2015 12:05
Azərbaycanın baş hidroloqu dumanlı hava şəraitinə aydınlıq gətirib

Bakı. 16 may. REPORT.AZ/ "Bakıda və Abşeron yarımadasında müşahidə olunan dumanlı hava səhər saatlarından başlayıb və günortadan başlayaraq tədricən çəkilməyə başlayacaq". Bunu "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, dumanlı hava şəraitinin yaranmasına səbəb temperatur fərqidir: "Axşam saatlarında temperaturun aşağı olması və səhər saatlarında temperaturun yüksəlməsi nəticəsində duman əmələ gəlir. Bu da müvəqqəti xarakterlidir. Müşahidə olunan dumanlı hava qısamüddətli olduğundan meteohəssas insanlar üçün ciddi narahatlıq yarada bilməz". 

Son xəbərlər

Orphus sistemi