Azərbaycanda yerə atılan siqaret meşə yanğınına səbəb olub

Azərbaycanda yerə atılan siqaret meşə yanğınına səbəb olub Hazırda yanğının söndürülməsi istiqamətində ciddi tədbirlər davam etdirilir
Ekologiya
30 İyul , 2015 15:10
Azərbaycanda yerə atılan siqaret meşə yanğınına səbəb olub

Bakı. 30 iyul. REPORT.AZ/ Azərbaycan ərazisində siqaretdən meşə sahəsi yanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Report"a verilən məlumata görə, Cəlilabad meşəbəyliyinin 8 saylı dolayında yanğın hadisəsi baş verib.

Yanğının qarşısının alınması üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin yerli qurumlarının əməkdaşları cəlb olunub.

İlkin ehtimala görə, yanğının baş verməsinə səbəb avtomobildən atılan siqarət kötüyü olub.

Hazırda yanğının söndürülməsi istiqamətində ciddi tədbirlər davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların isti keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa, taxıl məhsullarının biçini zamanı yanğın təhlükəsizliyi normalarına riayət etməyə, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə və xalqımızın milli sərvəti olan meşələrimizi qorumağa çağırır.

Son xəbərlər

Orphus sistemi