Azərbaycanda yağışlı hava davam edəcək, bəzi yerlərdə qar yağacaq

Azərbaycanda yağışlı hava davam edəcək, bəzi yerlərdə qar yağacaq Havanın temperaturu gecə 1-6, gündüz 9-14 dərəcə isti olacaq
Ekologiya
2 Aprel , 2015 12:46
Azərbaycanda yağışlı hava davam edəcək, bəzi yerlərdə qar yağacaq

Bakı. 2 aprel. REPORT.AZ/ Həftənin cümə günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a bildirib ki, aprelin 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə duman və çiskin olacağı gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Səhər qərb küləyinin güclənəcəyi gözlənilir. Axşama doğru isə mülayimləşəcək. Havanın temperaturu gecə 4-6, gündüz 7-10 dərəcə isti olacaq.

Aprelin 3-də Azərbaycan rayonlarında hava şəraitinin bəzi yerlərdə yağıntılı, dağlıq rayonlarında sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə isti, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi