Azərbaycanda "Təmiz hava" aylığı keçiriləcək

Azərbaycanda "Təmiz hava" aylığı keçiriləcək Təqsirkar sürücülərə qarşı inzibati qaydada tədbir görüləcək
Ekologiya
30 İyul , 2015 11:27
Azərbaycanda Təmiz hava aylığı keçiriləcək

Bakı. 30 iyul. REPORT.AZ/ Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələri, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin yerli qurumları ilə birlikdə avqust ayının 1-dən başlayaraq bir ay müddətində respublika ərazisində “Təmiz hava” aylığı tədbirləri həyata keçirəcək. Bu barədə “Report”a ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

Tədbirin keçirilməsində məqsəd atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirklənməsinə nəzarətin gücləndirilməsi, dəymiş ziyanın ödənilməsinin təmin edilməsi, təqsirkar şəxslər barəsində inzibati qaydada tədbirlərin görülməsidir.

“Təmiz hava” aylığı çərçivəsində ETSN-nin və Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Bakı şəhərində “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarət etmək məqsədilə avtonəqliyyat müəssisələrində və nəqliyyat sexlərində yoxlamalar aparacaqlar.

Yoxlamaya cəlb olunmuş avtomobillərdən atmosfer havasına atılan zərərli maddələrin miqdarının normativ həddən artıq olduğu aşkar olunarsa bu avtomobillərin sürücülərinə qarşı inzibati qaydada tədbir görüləcək. Eyni zamanda “Təmiz hava” aylığı tədbirləri çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əmakdaşları tərəfindən müəssisə və təşkilatlarda ekoloji təbliğat işləri aparılacaq.

Son xəbərlər

Orphus sistemi