Azərbaycanda təhlükəli istehsalat tullantılarının miqdarı artıb

Azərbaycanda təhlükəli istehsalat tullantılarının miqdarı artıb Göstərici 2010-cu ildə 140 min, 2014-cü ildə 456,6 min ton olub
Ekologiya
23 İyul , 2016 15:12
Azərbaycanda təhlükəli istehsalat tullantılarının miqdarı artıb

Bakı. 23 iyul. REPORT.AZ/ Son illər Azərbaycanda təhlükəli istehasalat tullantılarının miqdarı bir neçə dəfə artıb.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2014-cü ildə Azərbaycanda təhlükəli istehsalat tullantılarının miqdarı 456,6 min ton olub. 

Məlumata görə, 2013-cü ildə bu rəqəm 202,7 min ton olduğu halda, 2010-cu ildə isə 140 min ton olub.

Bundan əlavə, istifadə edilmiş təhlükəli tullantıların miqdarının 2014-cü ildə 3,2 min, 2010-cu ildə 5,5 min ton olduğu açıqlanıb. Zərərsizləşdirilmiş istehsalat tullantıları isə 2014-cü ildə 111,3 min, 2010-cu ildə 58,4 min ton təşkil edib.

Son xəbərlər

Orphus sistemi