Bakı. 24 aprel. REPORT.AZ/ Həftənin şənbə gününə Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Aprelin 25-də Azərbaycan rayonlarında arabir yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 4-9, gündüz 13-18, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.