Azərbaycanda sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda sabahın hava proqnozu açıqlanıb Atmosfer təzyiqi 767 mm civə sütunundan 746 mm-ə enəcək
Ekologiya
14 Noyabr , 2014 12:34
Azərbaycanda sabahın hava proqnozu açıqlanıb
Bakı. 14 noyabr. REPORT.AZ/ Noyabrın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və axşam bəzi yerlərdə zəif duman, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan "Report"a verilən məlumatda bildirilir ki, cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 8-12, gündüz 14-18 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında isə hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir və şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-5 dərəcəyədək isti, bəzi yerlərdə 4 dərəcəyədək şaxta, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir. 

Atmosfer təzyiqi 767 mm civə sütunundan 746 mm-ə enəcək, nisbi rütubət gecə və axşam 85-95, gündüz 60-70 faiz təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi