Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb Rayonlarda hava yağıntılı olacaq
Ekologiya
17 Noyabr , 2014 15:16
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Bakı. 17 noyabr. REPORT.AZ/ Noyabrın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı ehtimal olunur. Mülayim şimal küləyi əsəcək. "Report" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumatda bildirilib. Havanın temperaturunun gecə 7-10, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabaha hava şəraitinin gecə və səhər saatlarında bəzi yerlərdə dumanlı, çiskinli, əsasən şimal və şərq rayonlarında isə yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, yaxın 2-3 gün ərzində Abşeron yarımadasında nisbətən rütubətli hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, atmosfer təzyiqinin və temperaturun norma daxilində tərəddüdü müsbət amildir. 

Son xəbərlər

Orphus sistemi