Azərbaycanda ov mövsümünün vaxtı uzadılıb

Azərbaycanda ov mövsümünün vaxtı uzadılıb Ov Məsələləri Üzrə Elmi Koordinasiya Şurasının növbədənkənar iclası keçirilib
Ekologiya
20 Fevral , 2016 13:43
Azərbaycanda ov mövsümünün vaxtı uzadılıb

Bakı. 20 fevral. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ov Məsələləri Üzrə Elmi Koordinasiya Şurasının növbədənkənar iclası keçirilib. 

"Report" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. 

İclasda tənzimlənən ov fəaliyyətinin təbiətdə balansın qorunmasında və ziyanverici növlərin sayının azaldılmasında əhəmiyyətli rolu nəzərə alınaraq aidiyyəti mütəxəssislərlə müzakirələr aparılıb. Bir sıra vəhşi quşların (ördək, qaşqaldaq, qaz və s) çoxalma dövrünün daha sonrakı dövrlərə təsadüf etməsi səbəbindən onların ov müddətinin uzadılması, həmçinin bəzi heyvanların (bataqlıq qunduzu, yenot, çaqqal və s) ziyanverici olması və bu səbəbdən onların ovuna ilboyu icazə verilməsinin zəruriliyi qeyd olunub.

Qeyd olunanlar nəzərə alınaraq, respublika ərazisində ov mövsümünün müddətinin 10 mart 2016-cı il tarixinədək uzadılması və bu müddət ərzində su-bataqlıq quşlarının ovuna icazənin davam etdirilməsi, həmçinin çaqqal, bataqlıq qunduzu və yenot kimi növlərin isə ilboyu ovlanması barədə qərar qəbul edilib.

Bununla əlaqədar vətəndaşlar onları maraqlandıran əlavə məlumatların alınması və ov icazələrinin əldə edilməsi üçün aidiyyəti üzrə Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrinə müraciət edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi