Azərbaycanda müşahidə olunmuş faktiki hava şəraiti ilə bağlı rəsmi məlumat yayılıb

Azərbaycanda müşahidə olunmuş faktiki hava şəraiti ilə bağlı rəsmi məlumat yayılıb Qarın hündürlüyü Rvarudda (Lerik) 26, Kəlvəzdə 20, Daşkəsəndə 15, Xınalıq, Lerikdə 7, Sarıbaş, Gədəbəydə 6 sm olub
Ekologiya
3 Dekabr , 2014 11:35
Azərbaycanda müşahidə olunmuş faktiki hava şəraiti ilə bağlı rəsmi məlumat yayılıb

Bakı. 3 dekabr. REPORT.AZ/ Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) dekabrın 2-si gündüzdən 3-ü səhərədək müşahidə olunmuş faktiki hava şəraiti ilə bağlı rəsmi məlumat yayıb. Nazirlikdən “Report”a bildirilib ki, ETSN-in Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, dekabrın 2-si gün ərzində, dekabrın 3-ü səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağıb.

Ən çox düşən yağıntının miqdarı Rvarudda (Lerik) 13, Şamaxıda 8, Kəlvəzdə 7, Astara, Lerikdə 4, Lənkəran, Daşkəsən, Gədəbəy, Qubada 3, Şahbuz, Gəncə, Ağdərə (Ordubad), Zaqatala, Şəki, Xaçmazda 2, Naftalan, Şəmkir, Oğuz, Tərtər, Mingəçevir, Neftçala, Göytəpə, Yardımlı, Sarıbaşda (Qax) 0-1, Bakıda və Abşeron yarımadasında: Neft Daşları, Sumqayıtda 5, Maştağada 4, Binə, Pirallahı, Çilov adasında 3, Qum yatağı, Bakıda 2, Qaradağda 1 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Rvarudda (Lerik) 26, Kəlvəzdə 20, Daşkəsəndə 15, Xınalıq, Lerikdə 7, Sarıbaş, Gədəbəydə 6, Ağdərədə 4, Altıağacda 3, Şahbuz, Qubada 1 sm olub.

Şimal küləyi bəzi rayonlarda 20 m/s-dək güclənib.

Son xəbərlər

Orphus sistemi