Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb: leysan xarakterli intensiv yağış yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb: leysan xarakterli intensiv yağış yağıb Şahdağa qar yağıb
Ekologiya
29 Sentyabr , 2016 10:54
Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb: leysan xarakterli intensiv yağış yağıb

Bakı. 29 sentyabr. REPORT.AZ/ Sentyabrın 28-i gündüzdən 29-u səhərədək Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, sentyabrın 28-i gündüzdən 29-u səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 18-65, Böyük Qafqazda 3-4, Mərkəzi Aran rayonlarında 3-29, Lənkəran-Astara zonasında 11-39, Kiçik Qafqazda 7-18, Qazax-Gəncə zonasında 2-6, Naxçıvanda 1-7 mm təşkil edib.

Şahdağa qar yağıb. Qar örtüyünün hündürlüyü 1 sm olub. 

Son xəbərlər

Orphus sistemi