Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb Bakıda havanın temperaturu gecə 5-8, gündüz 15-20 dərəcə isti olacaq
Ekologiya
7 Aprel , 2015 12:40
Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Bakı. 7 aprel. REPORT.AZ/ Aprelin 8-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova “Report”a bildirib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-8, gündüz 15-20 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 16-21, bəzi yerlərdə 24, dağlarda gecə 0-4 dərəcə isti, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

Tibbi meteoroloji proqnoza gəlincə, aprelin 8-i və 9-u Abşeron yarımadasında komfort temperatur şəraiti və mülayim yaz havası meteohəssas insanlar üçün əlverişlidir.

Son xəbərlər

Orphus sistemi