Bakı. 6 avqust. REPORT.AZ/ Sabah - avqustun 6-da Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Havanın temperaturu gecə 21-25, gündüz 29-34 dərəcə isti olacaq.
Sabah Azərbaycan rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə şimal və şərq rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacaq.