​Azərbaycanda istirahət gününə gözlənilən hava proqnozu açıqlanıb

​Azərbaycanda istirahət gününə gözlənilən hava proqnozu açıqlanıb Havanın temperaturunun gecə 2-7, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir
Ekologiya
20 Dekabr , 2014 12:20
​Azərbaycanda istirahət gününə gözlənilən hava proqnozu açıqlanıb

Bakı. 20 dekabr. REPORT.AZ/ İstirahət günü - dekabrın 21-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, sabaha Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi axşam arabir güclənəcək. Havanın temperaturunun gecə 5-7, gündüz 8-12 dərəcə isti olacağı gözlənilir.

Sabaha Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, sabah günün ikinci yarısından dekabrın 23-ü günortayadək atmosfer təzyiqinin təzadlı tərəddüdü, arabir güclənən gilavar küləyinin dekabrın 22-si günün ikinci yarısında güclü xəzri küləyi ilə əvəz olunması meteohəssas insanlar üçün əlverişsizdir.

Son xəbərlər

Orphus sistemi