Bakı. 27 may. REPORT.AZ/ 28 may - Respublika Günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Mayın 28-də Azərbaycanın rayonlarında əsasən axşam və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 16-21, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.
Baş hidroloq onu da qeyd edib ki, hazırda müşahidə olunan isti hava şəraiti iqlim normasından bir qədər yüksəkdir. Bu cür hava şəraiti Bakıda və Abşeron yarımadasında yaxın 3 gün ərzində davam edəcək.