Azərbaycanda havanın temperaturu aşağı düşəcək

Azərbaycanda havanın temperaturu aşağı düşəcək 20-25 dərəcə isti olacaq
Ekologiya
1 İyul , 2016 12:44
Azərbaycanda havanın temperaturu aşağı düşəcək

Bakı. 1 iyul. REPORT.AZ/ Bakıda və Abşeron yarımadasında iyulun 2-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, gecəyə doğru yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 28-32, Bakıda gecə 23-24, gündüz 29-31 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında sabah bəzi yerlərdə şimşək çağacaq, arabir yağış yağacaq. Leysan xarakterli olacaq, dolu düşəcək. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 31-36, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacaq.

Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, Bakıda və Abşeron yarmadasında iyulun 2-3-də gecə və səhər şimal-qərb küləyi güclənəcək. Havanın temperaturu ötən günlə müqayisədə 3-5 dərəcə aşağı düşəcək.

İyulun2-3-də Abşeronda əsən güclü Xəzri küləyi bəzi metohəssas insanlarda narahatlıq hissi yaratsa da, temperaturun tədricən enməsi müsbət təsir edəcək.

İyulun 5-dək Azərbaycanın rayonlarında hava şəraiti qeyri-sabit keçəcək. Rayonlarda bəzi yerlərdə şimşək çaxacaq, arabair yağış yağacaq.

Rayonlarda ayrı-ayrı yerlərdə leysan xarakterli olacaq, dolu düşəcək. Havanın temperaturu ötən günlə müqayisədə 4-7 dərəcə aşağı enəcək. Çaylarda sululuq artacaq.

Son xəbərlər

Orphus sistemi