Sabah Azərbaycanda havanın temperaturu 42 dərəcəyə çatacaq

Sabah Azərbaycanda havanın temperaturu 42 dərəcəyə çatacaq Bakıda gündüz 31-36 dərəcə isti olacaq
Ekologiya
23 İyun , 2015 12:18
Sabah Azərbaycanda havanın temperaturu 42 dərəcəyə çatacaq

Bakı. 23 iyun. REPORT.AZ/ Sabah - iyunun 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a bildirib ki, paytaxtda sabah şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 31-36 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 37-42, dağlarda gecə 16-21, gündüz 26-31 dərəcə isti olacaq.           

Son xəbərlər

Orphus sistemi