Azərbaycanda hava proqnozu ilə bağlı qərəzli mövqedən çıxış edənlərə xəbərdarlıq edilib

Azərbaycanda hava proqnozu ilə bağlı qərəzli mövqedən çıxış edənlərə xəbərdarlıq edilib Havanın temperaturunda 2-3 dərəcəlik interval dəyişikliyi beynəlxalq praktikada qəbul olunan normadır
Ekologiya
11 Mart , 2015 13:13
Azərbaycanda hava proqnozu ilə bağlı qərəzli mövqedən çıxış edənlərə xəbərdarlıq edilib

Bakı. 11 mart. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava proqnozu ilə bağlı qərəzli mövqedən çıxış edənlərə xəbərdarlıq edib. Bu barədə "Report"a məlumat ETSN-dən daxil olub.

Məlumatda deyilir: "İctimaiyyətçi adı ilə öz şəxsi məsələləri və cılız maraqları naminə ədavət üçün saytlardan istifadə edən, mətbuatı şəxsi maraqlarının vasitəsinə çevirən, qərəzi həyat prinsipi sayan, mənəviyyatdan xəbərsiz, yeri gələndə öz şəxsi maraqları üçün rəsmən bəyan etdikləri prinsiplərə naxələf çıxan, vicdan kimi dəyərlərdən uzaq olan və özünü guya cəmiyyətin fəalı hesab edənin nəzərinə bir sıra fakt və bilgiləri çatdırırıq. (bu "fəallar" meteoroloji proqnozu dərc edərkən mənbə göstərməyi ağıllarına belə gətirmir, yəni oğurluq nümunəsi göstərir, amma verilən proqnozla faktiki havada cüzi fərq olanda mənbə yada düşür, bu, səhv kimi qələmə verilir, əslində bu səhv deyil, temperaturda 2-3 dərəcəlik interval dəyişikliyi beynəlxalq praktikada qəbul olunan normadır)".

Nazirlik bildirir ki, proqnoz və faktiki məlumatlardakı 2-3 dərəcəlik dəyişiklik müasir hava proqnozlaşdırma təcrübəsində mümkün norma sayılır. Belə ki, proqnoz ehtimalla söylənən fikirdir. Bütün dünya təcrübəsində hava haqqında məhz proqnoz verilir və onun özünü doğrultma ehtimalı 100 faiz deyil.

"Azərbaycanda artıq bir neçə ildir ki, hidrometeorologiya sahəsində yeni texnologiyaların tətbiqi, müasir peyk ötürücülərindən istifadə imkanlarının genişlənməsi nəticəsində dünya təcrübəsində olduğu kimi ehtimal dəqiqliyi ilə 3 günlük hava proqnozu verilə bilir və onun özünü doğrultma səviyyəsi 95-98%-ə qədər yüksəlib. Hava proqnozu ilə bağlı məlumatlarda temperatur üzrə verilən intervaldan 2-3 dərəcə fərqlənən xətalara yol verilə bilər ki, bu da beynəlxalq praktikada qəbul olunan normadır", - məlumatda deyilir.

Son xəbərlər

Orphus sistemi