Bakı. 21 aprel. REPORT.AZ/ Aprelin 22-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Sabah Azərbaycan rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.
Tibbi metereoloji proqnoza gəlincə, aprelin 22-si və 23-də Abşeron yarımadasında xəzri küləyinin güclənməsi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.